Adil Şükürov: "Komandamız “Neftçi”dən geri qalmadı"

Müsahibə
24 Dekabr 2023 19:05
106
Adil Şükürov: "Komandamız “Neftçi”dən geri qalmadı"

"Biz futbolu azarkeşlərimiz üçün oynayırıq. Onların hər addımda komandanın yanında olması çox sevindiricidir".

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.

O, Azərbaycan Premyer Liqasının 18-ci turunda "Neftçi"yə 0:2 hesablı məğlubiyyəti şərh edib. Şükürov bildirib ki, fanatların inamını doğrultmağa çalışırlar: "Oyuna gəlincə, buraxdığımız qolların üzərində daha çox işləməliyik. Oyun olaraq komandamız düşünmürəm ki, rəqibdən geri qaldı. Sadəcə epizodlarımızdan istifadə edə bilmədik. Rəqib isə əksinə fürsətləri dəyərləndirdi, qalib gəldi. Diqqətimizi çempionatın fasilədən sonrakı bölümünə yönəldəcəyik".

Qeyd edək ki, "Kəpəz" 14 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

İdman.biz