“Qəbələ”dən tarixi qələbə

Xəbərlər
24 Dekabr 2023 14:29
370
“Qəbələ”dən tarixi qələbə

“Qəbələ” Premyer Liqada 200-cü qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib.

“Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda “Sabah”la görüşüb. Elmar Baxşıyevin yetirmələri bu matçda 1:0 hesablı qələbə əldə edib.

Bu, 2006/07 mövsümündən Premyer Liqada çıxış edən “Qəbələ”nin üç xal qazandığı 200-cü oyun kimi tarixə düşüb. Komandamız buna 522-ci oyunda nail olub.

“Qırmızı-qaralar” evdə 113, səfərdə 87 dəfə qalib gəlib. “Qəbələ” ölkə çempionatları tarixində 200 və daha çox qələbə qazanan 7-ci komanda olub.

Qeyd edək ki, “Qəbələ” Premyer Liqada ilk qələbəsini 2006-cı il avqustun 26-da Qusar “Şahdağ”ı ilə səfər görüşündə qazanıb – 1:0.

İdman.biz