“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında əcnəbi məşqçiyə güvənən 21-ci komanda olub

Xəbərlər
24 Yanvar 2026 19:57
44
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında əcnəbi məşqçiyə güvənən 21-ci komanda olub

“Araz-Naxçıvan” klubu Azərbaycan Premyer Liqası tarixində əcnəbi mütəxəssisə güvənən 21-ci komanda kimi qeydə alınıb.

İdman.Biz Peşəkar Futbol Liasına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 17-ci turunun ilk günü daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Ukraynalı Andrey Demçenko “Araz-Naxçıvan”ı “İmişli” ilə səfər görüşünə (2:2) çıxarıb. Bununla da o, Naxçıvan təmsilçisinin tarixində ilk legioner çalışdırıcı olub. Bunadək ölkə çempionatlarında 20 klubda əcnəbi baş məşqçi çalışmışdı.

Demçenko Premyer Liqada cari mövsümdə debüt edən 5-ci əcnəbi mütəxəssisdir. Daha əvvəl Saşa İliç (“Sumqayıt”) və Jorj Kaşkilya (“İmişli”) I, Valdas Dambrauskas (“Sabah”) II, Yuri Vernidub (“Neftçi”) 15-ci turda ilk oyununa çıxıb.

Qeyd edək ki, Andrey Demçenkonun debütü ilə Azərbaycan çempionatlarının yüksək liqasında çalışmış əcnəbi mütəxəssislərin sayı 70-ə çatıb. O, Premyer Liqa tarixində 11-ci ukraynalı baş məşqçidir.

İdman.Biz