“Sumqayıt” “Sabah”la oyuna itki ilə çıxacaq

19 Mart 2026 15:19
86
“Sumqayıt” “Sabah”la oyuna itki ilə çıxacaq

Bu gün Misli Premyer Liqasının 25-ci turu çərçivəsində ”Sabah”la qarşılaşacaq “Sumqayıt” meydana itki ilə çıxacaq.

İdman.Biz xəbər verir ki, “kimyaçılar”ın müdafiəçisi Abdul Raşid Mumini cəzalı olduğu üçün “bayquşlar”la oyunu buraxmaq məcburiyyətindədir.

O, ötən turda “Şamaxı”ya uduzduqları (0:1) görüşdə sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb. Beninli oyunçu cari mövsüm dördüncü dəfə bu halla üzləşib.

Qeyd edək ki, “Sabah” - “Sumqayıt” qarşılaşması saat 19:15-də başlayacaq.

İdman.Biz