“Sabah” çempionluğa oynayan güclü kollektivlərdən biridir”.
İdman.Biz bildirir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 25-ci turunda “Sabah”la oyundan sonrakı mətbuat konfransında deyib.
Oyun 3:1 hesabı ilə “Sabah”ın xeyrinə qurtarıb.
“Rəqib bizdən güclüdür. Bunu qəbul edirik. Amma yenə də məsuliyyətli davranmaq lazımdır. Xüsusilə də müdafiədə”, baş məşqçi bildirib.
