“Qəbələ”nin futbolçusu 4 oyunluq cəzalandırılıb, “Qarabağ” və “Neftçi” cərimələnib

Xəbərlər
20 Dekabr 2023 16:33
112
“Qəbələ”nin futbolçusu 4 oyunluq cəzalandırılıb, “Qarabağ” və “Neftçi” cərimələnib

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XVII turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.

“Kəpəz” – “Sumqayıt” oyununun 26-cı dəqiqəsində, həmçinin oyun bitdikdən sonra qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Gənclik şəhəri” təmsilçisi 1500 manat cərimə edilib.

“Səbail” – “Qəbələ” oyununun 36-cı dəqiqəsində bölgə klubunun futbolçusu Samuel Tetteh təcavüzkar davranışa - rəqibə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. “Qəbələ” isə ona görə 3000 manat ziyana düşüb.

“Araz-Naxçıvan” – “Sabah” oyununda qonaqlar 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə olunub.

“Qarabağ” – “Neftçi” oyununda Ağdam təmsilçisinin azarkeşləri tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Qurban Qurbanovun komandası 1000 manat cətimələnib.

Eyni hadisə və hal səbəbindən “ağ-qaralar” da 1000 manat ziyana düşüblər.

İdman.biz