Valdas Dambrauskas: “Fasiləyə “qış çempionu” kimi yollanmağımız bizə medal qazandırmır”

Xəbərlər
22 Dekabr 2025 23:46
32
Valdas Dambrauskas: “Fasiləyə “qış çempionu” kimi yollanmağımız bizə medal qazandırmır”

“Bu önəmli qalibiyyətə ehtiyacımız var idi. Düzdür, daha yaxşı oynaya bilərdik. Matçın sonlarına yaxın bir qədər əziyyət çəkdik”.

İdman.Biz bildirir ki, bu sözləri “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının “Sumqayıt”la matçından sonra deyib.

“Sumqayıt” – “Sabah” oyunu Bakı klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Futbolçularımız son aylarda çox inkişaf ediblər. Qış fasiləsində mövsümün ikinci yarısına daha güclü hazırlaşacağıq. Mövsümün başa çatmasına çox var. Fasiləyə “qış çempionu” kimi yollanmağımız bizə medal qazandırmır. Böyük uğurlar qazanmaq üçün çox çalışmaq lazımdır. Çempionluğa əsas namizəd olan “Qarabağ” çox yaxşı komandadır, Avropada özlərindən söz etdirməyi bacarıblar. Onların uğurlarına çatmaq üçün çox inkişaf etməliyik”, - baş məşqçi əlavə edib.

İdman.Biz