Yunis Hüseynov Azərbaycan derbisində qalib gələcək klubun adını açıqlayıb

Müsahibə
17 Dekabr 2023 11:52
1 146
Yunis Hüseynov Azərbaycan derbisində qalib gələcək klubun adını açıqlayıb

“Azərbaycan derbisində “Neftçi”nin qalib gəlməsini istəyirəm. Bu komandada oynamışam və karyeram əsasən bu klubla bağlıdır”.

Bunu İdman.bizə Azərbaycanın veteran futbolçusu Yunis Hüseynov deyib.

Təcrübəli mütəxəssis Premyer Liqanın XVII turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” oyununu dəyərləndirib. O bildirib ki, Azərbaycan derbisində “ağ-qaraların” qalib gəlməsini istəsə də, Qurban Qurbanovun komandasının şansı daha yüksəkdir: “Neftçi” son 2 oyunda qələbə qazanıb. Lakin gözəl, baxımlı oyun sərgiləmir. Qələbələrini də çətinliklə əldə edir. Bir sözlə, stabil oynamırlar. Bu matçda qalib gəlməkləri çətin görünür. “Qarabağ”ın Avropa Liqasında möhtəşəm qələbəsindən sonra paytaxt təmsilçisinə böyük hesabla qalib gələcəklərini düşünmürəm. Oyunun maraqlı keçməsini gözləyirəm. Amma böyük ehtimalla “Qarabağ” qalib gələcək”.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı dekabrın 18-də saat 20:00-da start götürəcək.

Emin Ağa
İdman.biz