“Qəbələ”nin futbolçusu antirekordun 9-cu şəriki olub

Xəbərlər
16 Dekabr 2023 17:22
331
“Qəbələ”nin futbolçusu antirekordun 9-cu şəriki olub

“Qəbələ”nin futbolçusu İlkin Qırtımov Azərbaycan çempionatlarında üçüncü dəfə avtoqol müəllifi olub.

İdman.biz xəbər verir ki, müdafiəçi Misli Premyer Liqasının XVII turunda uğursuzluq yaşayıb. O, “Səbail”lə səfər görüşündə (0:3) öz qapısına qol vurub.

İlkin 2018/19 mövsümündə “Zirə”nin heyətində “Qarabağ”la ev, ötən çempionatda “Qəbələ” forması ilə “Sabah”la səfər matçında da avtoqol müəllifi olub. O, Azərbaycan çempionatları tarixində öz qapısına ən çox qol vuran futbolçu adına şərik çıxıb.

Qeyd edək ki, İlkin Qırtimov turnirin 31 illik tarixində 3 avtoqol edən 9-cu futbolçudur. Onadək Adil Nağıyev, Ayxan Abbasov, Bədavi Hüseynov, Denis Silva, Jairo Rodriges, Natiq Qasımov, Ruslan Abışov və Saşa Yunisoğlu da üç dəfə öz qapısına üç qol vurublar.

İdman.biz