“Bir məşqçi kimi hələ də inkişaf etdirmək istədiklərim var. Bugünkü davranış, yanaşma çox xoşuma gəldi. Heç bir oyunçu topdan gizlənmədi”.
İdman.Biz bildirir ki, bu sözləri “Neftçi” ilə görüşdən sonra “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas deyib.
Misli Premyer Liqasının qarşılaşması 2:0 hesabı ilə “Sabah”ın xeyrinə başa çatıb.
“Bu cür oynayan “Sabah”ı həmişə görmək istəyirik. Ən önəmli açar bizim ilk dəqiqələrdən təşəbbüsü ələ almaq istəyi idi. "Neftçi" fərqli düzülüşdə idi, start heyətində gözləmədiyimiz dəyişikliklər etmişdilər. İkinci hissədə daha yaxşı çıxış edən, topa nəzarət edən, rəqibə təzyiq edən tərəf biz idik. “Neftçi”yə çox da topla oynamasına imkan vermirdik.
Məni məşqçi kimi məyus və narahat edən məsələ qol fürsətlərini reallaşdıra bilməməyimizdir. Bəzən sonuncu ötürməni verə bilmədik, zərbəni endirə bilmədik. Çox qol fürsətini qaçırdıq. Daha çox inkişaf etməliyik. Həftəsonu bizi çox çətin səfər və çox çətin rəqib gözləyir”, - Dambrauskas bildirib.
