II Liqa: “Xankəndi” liderlik uğrunda mübarizəni davam etdirir

Xəbərlər
2 Dekabr 2025 23:06
33
II Liqa: “Xankəndi” liderlik uğrunda mübarizəni davam etdirir

PFL II Liqasında 11-ci tura yekun vurulub.

İdman.Biz bildirir ki, “Xankəndi” öz meydanında “Şirvan”ı qəbul edib.

Qarşılaşma Qarabağ təmsilçisinin xeyrinə qurtarıb – 5:1.

Turun digər oyununda “Şəmkir” öz meydançasında “Kür-Araz”la qarşılaşıb. Görüş Gəncəbasar klubunun minimal qələbəsi ilə bitib – 1:0.

Nəhayət, “Ağdaş” – “Göygöl” matçı birincilərin inamlı qələbəsi ilə yekunlaşıb – 2:0.

11 turdan sonra “Xankəndi” və “Qaradağ Lökbatan” hərəyə 30 xalla turnir cədvəlinə başçılıq edirlər.

4 xal toplayan “Araz Saatlı” sonuncu yerdədir.

İdman.Biz