Azərbaycan Premyer Liqası: “Sumqayıt” öz meydançasında “Şamaxı”ya məğlub oldu - YENİLƏNİB + VİDEO

13 Mart 2026 22:26
403
Azərbaycan Premyer Liqası: “Sumqayıt” öz meydançasında “Şamaxı”ya məğlub oldu

“Sumqayıt” - “Şamaxı” oyunu başa çatıb.

İdman.Biz bildirir ki, Şamaxı klubu 1:0 hesabı ilə qalib gəlib.

“Şamaxı” bu qələbə ilə 30 xal toplayıb və səkkizinci yerdədir. “Sumqayıt” isə 32 xalla altıncı yerdə qərarlaşıb.

22:09

“Sumqayıt” - “Şamaxı” oyununda hesab açılıb.

İdman.Biz bildirir ki, 78-ci dəqiqədə Karim Rossi Şamaxı klubunun qoluna imza atıb.

21:35

“Sumqayıt” - “Şamaxı” oyununda ikinci yarı start götürüb.

İdman.Biz bildirir ki, oyunda hesab açılmayıb.

21:18

“Sumqayıt” - “Şamaxı” oyununda ilk yarı bitib.

İdman.Biz bildirir ki, oyunda hesab açılmayıb.

20:32

Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Sumqayıt” - “Şamaxı” oyunu başlayıb.

İdman.Biz bildirir ki, oyunun baş hakimi Cavid Cəlilovdur.

20:01

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində doğma meydanda “Şamaxı”nı qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 20:30-da start götürəcək oyunda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Sumqayıt”: 22. Xəyal Fərzullayev (k), 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 21. Nihad Əhmədzadə, 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynıy, 71. Masaki Murata, 80. Keffel Resende, 95. Nsana Simon, 25. Abdul Raşid Mumini

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskez, 11. Aleksa Yankoviç

Baş məşqçi: Saşa İliç

“Şamaxı”: 1. Rikardo Fernandes (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 88. Rodriqo Fernandeş, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa

Baş məşqçi: Ayxan Abbasov

09:15

Bu gün futbol üzrə Misli Premyer Liqasının 24-cü turu çərçivəsində ikinci qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Sumqayıt” “Şamaxı”nı qəbul edəcək.

Oyun saat 20:30-da başlayacaq. “Sumqayıt” 32 xalla turnir cədvəlinin altıncı pilləsində yer alıb. 27 xala malik “Şamaxı” isə səkkizincidir.

Misli Premyer Liqası
Üçüncü dövrə, 24-cü tur
13 mart

20:30. “Sumqayıt” - “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.

İdman.Biz