Azərbaycan I Liqa təmsilçisi “Səbail” baş məşqçisi Elvin Məmmədovla yollarını ayırıb.
İdman.Biz bildirir ki, klubdan verilən məlumata görə, qərar komandanın İdarə Heyətinin iclasından sonra qəbul edilib.
Toplantıda İdarə Heyətinin üzvləri ilə yanaşı, klubun məşqçi heyəti də iştirak edib və mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub.
İclasda baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. Toplantının sonunda Elvin Məmmədovun istəyinə əsasən baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İdarə Heyəti məşqçilərə göstərdiyi xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, “Səbail” bu gün I Liqanın IX turunda doğma meydanda “Cəbrayıl”a 0:2 hesabı ilə uduzub. Klub 23 xalla I Liqanın lideri olan “Şəfa”dan 5 xal geri qalaraq ikinci sırada yer alıblar.
