I Liqa: “Mingəçevir”lə “Şimal”ın məğlubiyyəti

Xəbərlər
26 Noyabr 2025 23:05
20
I Liqa: “Mingəçevir”lə “Şimal”ın məğlubiyyəti

Futbol üzrə Azərbaycan I Liqasında IX tura start verilib.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə “Mingəçevir” öz meydanında “Baku Sportinq”ə 1:2 hesabı ilə məğlub olub.

“Mingəçevir” 16 xalla 3-cü, eyni xala sahib “Baku Sportinq” isə 5-ci pillədə qərarlaşıb.

“Şimal” Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda “Zaqatala”nı qəbul edib. Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 16-ya yüksəldən “Zaqatala” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 2 xalı olan “Şimal” isə sonuncu yerdədir.

İdman.Biz