“Kəpəz” bu tarixdə evinə qayıdır

26 Noyabr 2025 11:36
210
“Kəpəz” bu tarixdə evinə qayıdır

Yenidən qurulan Gəncə şəhər stadionunda ot örtüyünün təxminən nə vaxt hazır olacağı bəlli olub.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, arenanın mart-aprel aylarında “Kəpəz”in ixtiyarına veriləcəyi gözlənilir.

Hazırda stadionda ot örtüyünün salınması üzrə işlər gedir. Artıq toxumların səpilməsi prosesinə başlanılıb.

Qeyd edək ki, “Kəpəz” ötən mövsümdən etibarən ev oyunlarını doğma meydanda keçirə bilmir.

İdman.Biz