Emreli yenə ehtiyatda qalıb, “Dinamo” səfərdən 3 xalla dönüb

Xəbərlər
4 Dekabr 2023 22:12
195
Emreli yenə ehtiyatda qalıb, “Dinamo” səfərdən 3 xalla dönüb

Azərbaycanlı futbolçu Mahir Emrelinin komandası Xorvatiya çempionatında qələbə qazanıb.

İdman.biz xəbər verir ki, Zaqreb “Dinamo”su səfərdə “Slaven”ə qalib gəlib.

Mahir 17-ci tura təsadüf edən səfər matçını ehtiyat oyunçular skamyasından izləyib. Zaqreb klubunun baş məşqçisi artıq 4 oyundur, Emreliyə şans vermir. Qarşılaşma 2:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, “Dinamo” keçirdiyi 15 matçda 30 xal toplayaraq, 3-cü pillədə qərarlaşıb.

İdman.biz