Ramil Şeydayevdən ardıcıl 5-ci heç-heçə

Xəbərlər
3 Dekabr 2023 18:29
149
Ramil Şeydayevdən ardıcıl 5-ci heç-heçə

Azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası Tailand çempionatında növbəti dəfə xal itirib.

İdman.biz xəbər verir ki, “Buriram” ardıcıl 5-cə dəfə heç-heçə oynayıb.

“Muanq Tonq Yunayted”lə qarşılaşmada Ramil start heyətində yer alsa da, fasilədə əvəzlənib. “Buriram” səfər matçında hesabda iki dəfə önə keçib, amma qələbə hesabını qoruya bilməyib. Şeydayevin komandası 10 oyundan sonra 18 xalla 5-ci pillədə yer alıb.

Qeyd edək ki, “Buriram” dekabrın 9-da öz meydanında “Naxon Pathom”la qarşılaşacaq.

İdman.biz