"Zədəli oyunçularımız var deyə, rotasiyalar edə bilmirik".
İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"la səfər matçından sonra "Sumqayıt"ın məqşçisi Mübariz Orucov deyib.
Azərbaycan Premyer Liqasının XV turunu 1 xalla başa vuran "Gənclik şəhəri"nin çalışdırıcısı ikinci hissənin əvvəlində buraxılan səhvlərə toxunub. Orucov həmin anda komandanın diqqətsizlik göstərdiyini qeyd edib: "Bəzi oyunçularımıza çox güc düşür. Uzun səfər idi, yol amili də var. Bütün çətinliklərə baxmayaraq, ikinci hissənin ilk 10 dəqiqəsini çıxmaq şərtilə komanda yaxşı oynadı. Rəqibin də təzyiqi oldu. Diqqətsizlikdən iki qol buraxdıq. Amma sonradan yenidən toparlandıq. Komandadan razı qaldıq. Düzdür, qələbə qazanmaq istəyirdik, amma əlimizdən çıxdı".
Qeyd edək ki, "Turan - Tovuz" - "Sumqayıt" görüşü 2:2 hesabı ilə başa çatıb.
İdman.biz
