Azərbaycan qrup birinciliyini təmin edib - YENİLƏNİB

Xəbərlər
1 Dekabr 2023 22:54
249
Azərbaycan qrup birinciliyini təmin edib - YENİLƏNİB

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində bu gün növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, millimiz V tur çərçivəsində Limassolda Kiprin qonağı olub.

Komandamız rəqibini 1:0 hesabı ilə məğlub edərək, qrupda 1-ci yeri təmin edib. Millinin heyətində qələbə topunu Diana Məmmədova 8-ci dəqiqədə vurub. Bu uğur nəticəsində yığma B divizionuna yüksəlmək vəzifəsinin öhdəsindən gəlib.

Qeyd edək ki, qrupun digər matçında Monteneqro Farer adalarını 9:0 hesabı ilə məğlub edib.

Millətlər Liqası

C divizionu
V tur
1 dekabr
21:00: Kipr – Azərbaycan - 0:1
Qol:
Diana Məmmədova, 8
Baş hakim: Karoline Lanssens
Limassol. Limassol stadionu

1

Azərbaycan

5

4

1

0

8-2

13

2

Monteneqro

5

3

0

2

12-4

9

3

Kipr

5

2

1

2

3-4

7

4

Farer adaları

5

0

0

5

1-14

0

İdman.biz