Bəhram Bağırzadə: Soruşurlar ki, hansı kluba azarkeşlik edirsiz? – bildirirəm ki...

Xəbərlər
1 Dekabr 2023 10:52
Bəhram Bağırzadə: Soruşurlar ki, hansı kluba azarkeşlik edirsiz? – bildirirəm ki...

“Son zamanlar məndən soruşurlar ki, siz hansı kluba azarkeşlik edirsiz. Cavabında isə bildirirəm ki, mən Qurban Qurbanovun fanatıyam”.

Bunu İdman.biz saytına Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə deyib.

O, Avropa Liqasının V turunda “Molde” - “Qarabağ” matçını dəyərləndirib. Bağırzadə bildirib ki, Azərbaycan çempionu Norveçdə 2:2 hesablı heç-heçə etməklə qızıl xal qazanıb: “Qurban Qurbanovla futbol fəlsəfəm çox yaxındır. O, mərd şəxsiyyətdir və əsl Azərbaycan oğludur. Bu səbəbdən mən onun bütün əsərlərinə baxıram. Dünən də Qurbanovun əsəri olan komandası mübariz şəkildə mübarizə apardı. “Molde” ilə baş tutan qarşılaşmanın heç-heçə ilə bitməsi bizə Avropa Liqasında yola davam etməsi üçün böyük şans yaratdı. Düşünürəm ki, növbəti – “Hekken”lə qarşılaşmada da qələbə qazanıb, mərhələni keçməyə nail olacağıq. “Qarabağ” daima olduğu kimi bu dəfə də öz azarkeşlərini sevindirməyə nail olacaq. Biz qalib millətik və bizə də qələbə yaraşır”.

Qeyd edə ki, H qrupunda “Bayer” 5 oyunun hər birini qələbə ilə başa vurub və 15 xala malikdir. “Qarabağ” 7 xalla turnir cədvəlində ikinci, eyni xala malik “Molde” üçüncüdür. “Hekken” isə bütün görüşlərində məğlub olub.

Banuçiçək Hüseynli
İdman.biz