Azərbaycanın Birinci Liqasının ikinci turunda “Şahdağ Qusar” “Karvan-Yevlax”ı 2:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, Binə qəsəbə stadionunda keçirilən görüşdə meydan sahiblərinin qollarını 15-ci dəqiqədə İ. Butrif, 24-cü dəqiqədə isə J. Zenqo vurub.
Birinci Liqa, ikinci tur
9 sentyabr
“Şahdağ Qusar” - “Karvan-Yevlax” - 2:0
Qeyd edək ki, tura sentyabrın 11-də yekun vurulacaq.
11:29
Bu gün futbol üzrə Azərbaycanın Birinci Liqasının ikinci turunun oyunu “Şahdağ Qusar” “Karvan-Yevlax” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 16:30-da start götürəcək turun mərkəzi qarşılaşmasını İslam Məmmədov idarə edəcək.
Birinci Liqa, ikinci tur
9 sentyabr
16:30. “Şahdağ Qusar” - “Karvan-Yevlax”
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Orxan İbişov, Murad Səlimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu.
Qeyd edək ki, tura sentyabrın 11-də yekun vurulacaq.
