"Qəbələ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
İdman.biz xəbər verir ki, II təsnifat mərhələsinin cavab oyununda Kiprdə "Omoniya"ya 1:4 hesabı ilə uduzan "qırmızı-qaralar" turnirlə erkən vidalaşıb.
Matçda ilk qolu meydan sahibləri vurublar. 5-ci dəqiqədə Roman Bezus hesabı açıb. Ukraynalı futbolçu 29-cu dəqiqədə dubl edib. 10 dəqiqə sonra Adam Lanq 3-cü topu "qırmızı-qaralar"ın qapısından keçirib. İlk hissə bu hesabla başa çatıb.
"Qəbələ" ikinci yarıya qolla başlayıb. 56-cı dəqiqədə Ahmed Ayzaya uzaq məsafədən baxımlı zərbə ilə fərqi azaldıb. Buna baxmayaraq, cəmi 3 dəqiqə sonra Villi Semedu Azərbaycan təmsilçisini 4-cü dəfə meydanın mərkəzinə dəvət edib.
Qeyd edək ki, bu komandaların ilk dualindən də "Omoniya" qalib ayrılmışdı - 3:2.
İdman.biz