"Bu gün "Neftçi"nin, hətta "Qarabağ"ın da problemləri var"

Xəbərlər
26 Avqust 2023 18:10
226
"Bu gün "Neftçi"nin, hətta "Qarabağ"ın da problemləri var"

"Biz hamımız futbolun içindəyik, vəziyyəti yaxşı dərk edirik, bu gün "Neftçi"nin, hətta "Qarabağ"ın da problemləri var. Bu mövsüm çempionatda mübarizə aparmaq çox çətin olacaq".

Bu sözləri İdman.biz-ə "Sumqayıt" klubunun qapıçısı Mehdi Cənnətov Premyer Liqanın 4-cü turunda səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı bərabərliklə nəticələndiyini oyun barəsində danışarkən deyib.

Təcrübəli qapıçı bu mövsüm çempionatın asan olmayacağını söyləyib:

"Bu mövsüm hədəf avrokuboklara vəsiqə əldə etməkdir, lakin bu məqsədə yalnız 4 komanda çata biləcək. İndiki mövsüm çox gərgin keçəcək, ona görə "Sumqayıt" daxil olmaqla hər kəs mübazirə aparacaq.

M.Cənnətov "Araz-Naxçıvan"dan buraxdığı qoldan və milli komandadan da danışıb:

"Gəlin, səhv haqqında danışmayaq. Futboldur, cərimə zərbələri həmişə təhlükəli olur. Turan Manafovun da belə zərbələrin gözəl ifaçısı olduğunu bilirik. Ümumi götürəndə bütün zərbələri dəf etmək olar, qarşısı alınmaz zərbə yoxdur. Milli komandaya gəlincə isə uzun zamandır yığmağa dəvət almıram, milli komandaya qayıtmaq əsas hədəflərimdən biridir. Yığmağa qayıdıb komandaya kömək etmək istəyirəm".

Qapıçı hədəf və xal itkisinin motivasiyaya necə təsir edəcəyi sualına belə cavab verdi:

"Sumqayıt" yüksək yerlər uğrunda mübarizə aparmaq potensialına malik komandadır. Bildiyiniz kimi Azərbaycanda Premyer Liqa və ölkə kubokunda mübarizə aparırıq. Hər iki turnirdə əsas məqsəd yüksək pilləni qazanmaqdır. Bunun üçün də əlimizdən gələni edirik ki, azarkeşləri hər iki cəbhədə sevindirək. Motivasiyaya gəlincə, hər oyun meydana qalibiyyət üçün çıxırıqsa ruh düşkünlüyündən söhbət gedə bilməz".

İdman.biz