Canni de Byazi: “Azərbaycan millisini çalışdırmaq bir çox səbəblərə görə asan deyil”

Xəbərlər
28 Noyabr 2023 09:44
852
Canni de Byazi: “Azərbaycan millisini çalışdırmaq bir çox səbəblərə görə asan deyil”

“AFFA ilə yeni vidalaşsam da, planda yeni bir layihəm var”.

İdman.biz xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi deyib.

3 il yığmamıza böyük fayda verdiyini bildirən italiyalı mütəxəssis vətənində verdiyi müsahibəsində müqavilə müddətinin yenilənməməsinə də təəssüflənib: “AVRO-2024-ün seçmə mərhələsində 5 komandadan ibarət qrupda 7 xal qazandıq. Top komandalarla bərabər oynadıq. Belçika ilə ilk oyunda inamlı mübarizə apardıq, hətta Avstriya ilə heç-heçəyə layiq idik. İsveçə qalib gəldiyimiz oyun isə tarixdə qalacaq. Onları 3:0 hesabı ilə məğlub edəcəyimizi heç düşünməmişdim. Yaxşı futbolçulardan ibarət komanda formalaşıb, yığma uğurlu yoldadır və növbəti illərdə daha da böyüyə bilərlər”.

De Byazi Azərbaycan millisində işləməsindən razılığını da ifadə edib: “Məmnunedici bir səyahət oldu. Futbol resursları az olan komandanın belə oynaya biləcəyini göstərdim. Azərbaycan kimi milli komandanı çalışdırmaq bir çox səbəblərə görə asan deyil. Xüsusi mühit yaşadım”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi ilə yeni müqavilə bağlamamaq qərarı verib.

İdman.biz