2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini gerçəkləşdirib.
Klubdan İdman.biz-a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi müqavilə ilə Belçikanın "Vesterlo" klubuna məxsus olan Burundi yığmasının üzvü Tresor Mossini 1 illik icarəyə götürüb.
Qeyd edək ki, ölkəsinin "Aigle Noir" komandasının yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi karyerası ərzində Lüksemburqun "Kerjenq" və Belçikanın "Vesterlo" klublarında çıxış edib.
İdman.biz