"Qarabağ"ın qapıçısı Andrey Lunyov komanda ilə məşqlərə başlayıb.
Bu barədə İdman.biz-ə Ağdam klubundan məlumat verilib.
Bildirilib ki, rusiyalı qolkiperdə artıq hər şey qaydasındadır.
Qeyd edək ki, Lunyov Avropa Liqasının IV turunda Almaniya “Bayer”i ilə matçda zədələnmişdi. O, Bakıda qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada sona qədər davam etdirə bilməmişdi və 85-ci dəqiqədə Luka Quqeşaşvili ilə əvəzlənmişdi. Lunyov zədə səbəbindən Rusiya millisinin yoldaşlıq oyununu da buraxmışdı.
Aytac Şirəliyeva
İdman.biz