Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd məşqçilərin müəyyən edilməsi üçün xüsusi işçi qrupu yaradılacaq.
İdman.biz xəbər verir ki, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclasında qərar qəbul edilib.
Toplantıda Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi ilə müqavilə artırılmadığından buna ehtiyac duyulub.
Qeyd edək ki, millimiz növbəti oyununu gələn ilin mart ayında keçirəcək. Həmin tarixədək yeni çalışdırıcının təyinatı gözlənilir.
İdman.biz