19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi ilə vidalaşıb.
İdman.biz xəbər ki, millimiz son turda Lüksemburqa uduzub.
İlk iki turda bir xal qazanan U-19 meydan sahibləri ilə qarşılaşıb. Lüksemburq futbolçuları hesabda 2:0 önə keçiblər. Millimizin gücü son dəqiqələrdə buraxılan qollardan birinin əvəzini çıxmağa çatıb. Nəticədə keçirdiyi üç oyunun ikisində uduzub, birində heç-heçə oynayan yığmamız qrupda sonuncu yeri tutub.
Qeyd edək ki, hər üç görüşdə qələbə qazanan Niderland qrup qalibi olub. Son qarşılaşmada uduzmasına baxmayaraq, Bosniya və Herseqovina ikinci yeri tutaraq, növbəti mərhələyə yüksəlib.
AVRO-2025, 1-ci seçmə mərhələsi
11-ci qrup
3-cü tur
21 noyabr
Lüksemburq U-19 – Azərbaycan U-19 – 2:1
Niderland U-19 – Bosniya və Herseqovina U-19 – 3:0
Turnir cədvəli: Niderland U-19 – 9, Bosniya və Herseqovina U-19 – 4, Lüksemburq U-19 – 3, Azərbaycan U-19 – 1 xal.
İdman.biz