19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2025-in seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.
İdman.biz xəbər verir ki, millimiz Niderlanda 1:2 hesabı ilə uduzub.
Lüksemburqun evsahibliyi etdiyi qrup oyunlarında 2-ci tura yekun vurulub. U-19 yığmamız favorit Niderlandla qarşılaşmada hesabda geri düşsə də, son dəqiqələrdə buraxılan qollardan birinin əvəzini çıxa bilib. Sadiq Şəfiyev fərqlənib. Digər oyunda Bosniya və Herseqovina Lüksemburqa 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, milli ilk oyunda Bosniya və Herseqovina ilə heç-heçə oynamışdı. Son turda meydan sahibləri qarşılaşacaq U-19 qələbə sayəsində qrupda ikinci yeri tutub, növbəti mərhələyə yüksələ bilər.
AVRO-2025, 1-ci seçmə mərhələsi
11-ci qrup
2-ci tur
18 noyabr
Niderland U-19 – Azərbaycan U-19 – 2:1
Bosniya və Herseqovina U-19 – Lüksemburq U-19 – 1:0
Turnir cədvəli: Niderland U-19 – 6, Bosniya və Herseqovina U-19 – 4, Azərbaycan U-19 – 1, Lüksemburq U-19 – 0 xal
İdman.biz