“Neftçi” “Araz-Naxçıvan”la yoxlama matçı keçirəcək

1 Oktyabr 2026 16:17
70
“Neftçi” “Araz-Naxçıvan”la yoxlama matçı keçirəcək

Azərbaycanın “Neftçi” futbol klubu milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə müddətində yoxlama matçı keçirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Bildirilib ki, “ağ-qaralar” “Araz-Naxçıvan”la qarşılaşacaq.

Oktyabrın 2-də “Palms Sports” Futbol Mərkəzində baş tutacaq görüş saat 15:30-da start götürəcək.

İdman.Biz