Bu gün İntizam Komitəsinin iclası keçirilib.
İdman.Biz xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib.
İkinci Liqa Beşinci tur
28.09.2026-cı il tarixində İkinci Liqada beşinci turun “Zəngəzur”- “Kür-Araz” oyunundan əvvəl “Zəngəzur” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Zəngəzur” komandası 150 manat cərimə edilsin (maddə 84.1);
28.09.2026-cı il tarixində İkinci Liqada beşinci turun “Şəki” - “Hypers” oyununda “Şəki” komandasının dörd futbolçusu sarı vərəqə aldığı üçün “Şəki” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
28.09.2026-cı il tarixində İkinci Liqada beşinci turun “Şəmkir” - “Şirvan” oyununda “Şəmkir” komandasının dörd futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
28.09.2026-cı il tarixində İkinci Liqada beşinci turun “Şəmkir” - “Şirvan” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Şəmkir” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
28.09.2026-cı il tarixində İkinci Liqada beşinci turun “Şəmkir” - “Şirvan” oyununda “Şəmkir” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Şəmkir” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 68);
28.09.2026-cı il tarixində İkinci Liqada beşinci turun “Şəmkir” - “Şirvan” oyununda “Şirvan” komandasında beş nəfər sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1).
