“Turan Tovuz” - “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

1 Oktyabr 2026 12:04
91
“Turan Tovuz” - “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Azərbaycanın “Turan Tovuz” futbol klubu və Türkiyənin “Fənərbağça” komandaları arasında keçiriləcək yoldaşlıq oyununa maraq böyükdür.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu günədək qarşılaşmaya 20 mindən çox bilet satılıb.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq

İdman.Biz