Ronalduya altı aya qədər diskvalifikasiya və cərimə təhlükəsi

1 Oktyabr 2026 10:49
89
Ronalduya altı aya qədər diskvalifikasiya və cərimə təhlükəsi

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunu yığmanın düşərgəsini tərk etdiyinə görə cəzalandırıla bilər.

İdman.Biz xəbər verir ki, 41 yaşlı hücumçu UEFA Millətlər Liqasında Danimarka ilə oyundan əvvəl Portuqaliya millisinin Kopenhagendəki düşərgəsini tərk edib. Portuqaliya Futbol Federasiyası futbolçunun komandadan ayrıldığını təsdiqləyib.

Federasiyanın intizam reqlamentinə əsasən, milliyə çağırılan futbolçunun üzrlü səbəb olmadan komandanın düşərgəsini, məşqini, oyununu və ya milli komanda ilə bağlı tədbiri tərk etməsi bir aydan altı ayadək diskvalifikasiya ilə cəzalandırıla bilər.

Bundan əlavə, Ronaldu 500-1000 avro (təxminən 1 000 - 2 000 AZN) məbləğində cərimələnə bilər.

Ronaldu sentyabrın 30-da sosial şəbəkədə verdiyi açıqlamada düşərgəni tərk etdiyini bildirib və qərarının səbəbləri barədə “vaxtı gələndə həqiqəti” açıqlayacağını qeyd edib. Portuqaliya Futbol Federasiyası isə komandanın Danimarka və Norveçlə qarşıdakı oyunlara hazırlığını qalan 24 futbolçu ilə davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, Ronaldu son olaraq Norveçlə Millətlər Liqası matçında ehtiyatda qalıb. Baş məşqçi Jorje Jezus futbolçular arasında insident olmadığını bildirsə də, Ronaldu daha sonra düşərgəni tərk edib.

İdman.Biz