"Qarabağ"ın hazırlıq planı müəyyənləşib

Xəbərlər
7 İyun 2025 19:35
50
"Qarabağ"ın hazırlıq planı müəyyənləşib

"Qarabağ"ın növbəti mövsümün üçün hazırlıq planı müəyyənləşib.

İdman.biz xəbər verir ki, Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək.

Paytaxtdakı toplanış iyulun 2-dək davam edəcək. Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komandamız iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək. "Qarabağ" Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən "Tauern" otelində məskunlaşacaq. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq.

Qeyd edək ki, rəqiblər barədə daha sonra ictimaiyyətə məlumat veriləcək.

İdman.biz