Bu gün Azərbaycan Premyer Liqasında “Zəfər turu”na yekun vurulub.
İdman.biz xəbər verir ki, XII tur çərçivəsində keçirilən hər iki oyun qonaqların qələbəsi ilə başa çatıb.
"Neftçi" "Qəbələ"nin qapısından iki cavabsız top keçirib. Çempionluq uğrunda yarışan paytaxt klubu faisədən sonra meydan sahiblərinin müqavimətini qıra bilib. Bu qələbə "ağ-qaralar"ı turnir cədvəlində 5-ci pilləyə yüksəldib. Komandanın hesabında 18 xal var.
Son iki turu heç-heçə başa vuran "Zirə" "Sabah"ın qonağı olub. Rəşad Sadıqovun yetirmələri qələbə sayəsində birinci pilləni geri qaytarıblar. Meydan sahiblərinin heyətində Emmanuel Apeh birinci hissədə qırmızı vərəqə alaraq, komandasını çətin vəziyyətdə qoyub. Amma hesabı açmaq üçün "Zirə" çox əziyyət çəkib. Komanda 90+1-ci dəqiqədə Rüstəm Əhmədzadənin qolu sayəsində üç xal qazanıb.
Qeyd edək ki, XIII turun oyunları noyabrın 10-12-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
XII tur
5 noyabr
16:00. “Qəbələ” – “Neftçi” - 0:2
Qollar: Dieqo Valdes, 60. Rəhman Hacıyev, 90+4
Baş hakim: Kamal Umudlu
"Qəbələ": 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.
"Neftçi": 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 5. Kenni Sayef, 25. Aaron Olanare, 99. Ervin Koffi.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 23. Ataa Caber, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu
Qəbələ şəhər stadionu
18:30. “Sabah” – “Zirə” - 0:1
Qollar: Rüstəm Əhmədzadə, 90+1
Qırmızı vərəqə: Emmanuel Apeh, 42
Baş hakim: Tural Qurbanov
"Sabah": 1. Yusif İmanov, 77. Namik Ələskərov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 18. Davit Volkov, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 28. Kahim Parris
Məşqçi: Artur Olenin
"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 99. Nazim Həsənzadə, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 7. Filipe Paxtman, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 12 | 7 | 2 | 3 | 28-11 | 23 |
2 | Zirə | 11 | 6 | 3 | 2 | 11-7 | 21 |
3 | Səbail | 12 | 6 | 3 | 3 | 21-18 | 21 |
4 | Araz-Naxçıvan | 12 | 6 | 2 | 4 | 15-13 | 20 |
5 | Neftçi | 12 | 5 | 3 | 4 | 13-10 | 18 |
6 | Sumqayıt | 12 | 5 | 3 | 4 | 12-13 | 18 |
7 | Turan Tovuz | 12 | 4 | 3 | 5 | 19-15 | 15 |
8 | Sabah | 11 | 3 | 4 | 4 | 15-14 | 13 |
9 | Qəbələ | 12 | 2 | 2 | 8 | 7-22 | 8 |
10 | Kəpəz | 12 | 1 | 3 | 8 | 6-24 | 6 |
Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 9 qol, Aleksandr Ramalinqom ("Səbail") - 6 qol
İdman.biz