"Sumqayıt" Qətərdə beynəlxalq turnirdə iştirak edəcək

Xəbərlər
3 Noyabr 2023 23:35
215
"Sumqayıt" Qətərdə beynəlxalq turnirdə iştirak edəcək

"Sumqayıt" Futbol Akademiyasının 11 və 12 yaşadək futbolçulardan ibarət komandaları Qətərin paytaxtı Dohada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, komandanın turnirdə iştirakı bu ölkənin məşhur "Aspire" Akademiyasının dəvəti ilə gerçəkləşəcək.

“Sumqayıt” noyabrın 4-də səfərə yola düşəcək.

İdman.biz