Samir Abasov: “Yarımfinal perspektivində çox çətin bir yol keçəcəyimiz görünür”

Müsahibə
2 Noyabr 2023 17:38
243
Samir Abasov: “Yarımfinal perspektivində çox çətin bir yol keçəcəyimiz görünür”

"Düşünürəm ki, çox çətin şəbəkəyə düşmüşük”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

O, Azərbaycan kubokunun püşkünü dəyərləndirib. Təcrübəli mütəxəssis klubunun mətbuat xidmətinə bildirib ki, hədəfləri maksimum irəliləməkdir: “İlk oyunumuzu II Liqa təmsilçilərinin duelinin qalibi ilə keçirəcəyik, ondan sonrakı potensial rəqibimiz də I Liqa təmsilçisi olacaq, amma həm 1/4 final, həm də yarımfinal perspektivində çox çətin bir yol keçəcəyimiz görünür. Finala çıxmaq üçün “Neftçi”, “Sabah”, “Qarabağ” kimi komandaları məğlub etməyimiz lazımdır. Amma kubok oyunlarının öz xüsusi ab-havası olur. Hədəfimiz maksimum dərəcədə irəliləməkdir. Çıxıb öz oyunumuzu oynayacağıq".

Qeyd edək ki, “Sumqayıt” II təsnifat mərhələsində “Füzuli” – “Lerik” cütünün qalibi ilə oynayacaq. Komanda bu mərhələni keçərsə, 1/8 finalda rəqibi “Karvan” – “Difai A.” cütünün güclüsü olacaq.