Şahin Diniyev: “Biz “altılığ”a belə düşmürük”

Xəbərlər
28 Oktyabr 2023 19:28
138
Şahin Diniyev: “Biz “altılığ”a belə düşmürük”

“Futbolçularımdan geridə qalmış 10 oyunda niyə xoşum gəlir? Rəqibin kimliyindən asılı olmayaraq üç xal üçün oynayırıq. Oyunçuların gözləri yanır”.

İdman.biz-in məlumatına görə, bunu Misli Premyer Liqasının XI turunda “Zirə” ilə oyunda bir xal qazanan “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis 2:2 başa çatan qarşılaşmadan sonra komandasının birinci hissədəki oyununu xüsusi qeyd edib. Diniyev mövsümün startından ən yaxşı oyunlarını keçirdiklərini bildirib: “Bəlkə də, 11 oyunda mənim ən xoşuma gəlməyən ikinci 45 dəqiqə idi. Komanda müdafiədə oturduğu üçün mütləq cəzalandırılmalıydıq ki, o da oldu. Səfərdə liderdən bir xal almaq sevindirici hal ola bilərdi, amma mən hər dəfə nəticədən çox, oyunun keyfiyyətinə fikir verən məşqçilərdənəm”.

“Səbail”in baş məşqçisi klubun strategiyası haqqında danışıb. Diniyev “Səbail”in büdcəsinə görə, heç “altılığ”a düşmədyini bildirib: Hərdən deyirlər ki, "Səbail" büdcəsinə görə 2-3-lüyə düşür. Elə deyil. Biz altılığa belə düşmürük, bilmək istəyirsizsə. Əslində, yarada bilərik. İki Ramalinqom, iki Pedro, iki Qomis ala bilərik. Rəhbərliyə desəm, qadağa qoymayıb. Azad büdcədir. Ancaq bu müvəqqəti olacaq. Əgər komanda yaradırsansa, təməlini düz qoymalısan ki, mərhələ-mərhələ gələsən. Ötən mövsümün 9-cu komandası bu gün birinci yer tutsa, inanın, bir ildən sonra həmin komanda olmayacaq. Artıq dağılacaq. Klub yaratmaq istəyirik ki, mərhələli şəkildə irəliləyək. Təməlimiz möhkəm olmalıdır. İki dövrədən düşünəcəyik ki, nəyimiz çatışmır. Düzgün strategiya olmalıdır”.

İdman.biz