Yığmamızın baş məşqçisi: "Yağış yağdığına görə meydanın vəziyyəti elə də yaxşı deyildi"

Xəbərlər
28 Oktyabr 2023 09:25
122
Yığmamızın baş məşqçisi: "Yağış yağdığına görə meydanın vəziyyəti elə də yaxşı deyildi"

"Debüt oyunumuz olduğu üçün futbolçularda bir qədər həyəcan var idi".

Bunu İdman.biz saytına minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev deyib.

O, BƏƏ-nin Ras Əl Kaimah şəhərində keçirilən dünya çempionatında İraqla oyunu dəyərləndirib. Quliyev 2:0 hesabı ilə qalib gəldikləri matçda yaxşı oynadıqlarını bildirib: "Bütün günü yağış yağdığına görə meydanın vəziyyəti elə də yaxşı deyildi. Bu bizə bir qədər çətinlik yaratdı. Buna baxmayaraq, komandamız öz oyununu göstərməyə çalışdı. 2:0 hesablı inamlı qələbə qazandıq. Növbəti görüşə yaxşı hazırlaşacağıq. Rəqibimiz olacaq Misir yığmasının oyununu stadiondan canlı izlədik. İnanırıq ki, həmin qarşılaşmada da qələbə qazanıb xalqımızı sevindirəcəyik".

Qeyd edək ki, komandamız Misirlə oktyabrın 29-da oynayacaq. Onlar ilk turda Küveytə 2:0 hesabı ilə qalib gəlib.

Emin Ağa

İdman.biz