Yığmamız Lüksemburqla heç-heçə edib

Xəbərlər
27 Oktyabr 2023 17:58
92
Yığmamız Lüksemburqla heç-heçə edib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib.

İdman.biz xəbər verir ki, Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandasına qarşı matç 1:1 hesabı ilə nəticələnib.

Millimizin qolunu qarşılaşmanın 51-ci dəqiqəsində Tuncay Əhmədov vurub.

Qeyd edək ki, yığmamız bundan öncə Serbiyaya 1:5, Sloveniyaya 0:3 hesabı ilə uduzub.

İdman.biz