Sərxan Hacıyev: “Azərbaycan Premyer Liqası güclənib”

Müsahibə
23 Oktyabr 2023 15:26
76
Sərxan Hacıyev: “Azərbaycan Premyer Liqası güclənib”

“Azərbaycan Premyer Liqası ötən mövsümlərdən fərqlənir”.

Bunu İdman.biz saytına AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

O bildirib ki, bu mövsüm Azərbaycan Premyer Liqası müsbət istiqamətdə inkişaf edib: “10 turdan sonra turnir cədvəlində komandaların mövqeyi elə də öyrəşdiyimiz görüntü deyil. Əslində, bu bizi sevindirir. Bu onun göstəricisidir ki, çempionatımız güclənib. Artıq rəqiblər arasında elə də böyük fərq yoxdur. Belə olduğu təqdirdə futbolçularımız daha da inkişaf edəcək”.

Hacıyev I və II Liqalar barədə də müsbət fikirdədir. Onun sözlərinə görə, bu yarışlar gələcəkdə futbolumuzun inkişafına təkan verəcək: “Ümumi mənzərə onu göstərir ki, müsbət tendensiyalar yaranıb. Düzdür, hər bir liqanın öz reallığı var. I liqanın formatı dəyişdi, 2-ci liqa isə yeni yaranıb. Hərdən müəyyən mənfi nüanslar da ortaya çıxır. Lakin bu, normal haldır. Gələcəkdə həmin hallar da azalacaq və olmayacaq. Hazırda durum gözlədiyimiz kimidir. Komandalar arasında rəqabət var. Futbolçular da artıq peşəkar səviyyədə oynamaq imkanı qazanırlar. Bir neçə aydan sonra olmasa da, gələcəkdə bunun müsbət təsirini görəcəyik”.

Qeyd edək ki, 10 turdan sonra “Zirə” və “Qarabağ” 20 xalla Azərbaycan Premyer Liqasında liderdir. Bu komandaları onlardan 3 xal geri qalan “Səbail” və “Araz Naxçıvan” izləyir.

Emin Ağa

İdman.biz