AFFA-nın baş katibi: “Bayer”lə oyunda “Qarabağ”dan qələbə gözləyirik”

Müsahibə
23 Oktyabr 2023 15:07
101
AFFA-nın baş katibi: “Bayer”lə oyunda “Qarabağ”dan qələbə gözləyirik”

“Qarabağ” artıq bizi qələbələrə öyrəşdirib”.

Bunu İdman.biz saytına AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

O, “Qarabağ”ın Avropa Liqasının III turu çərçivəsində Almaniya “Bayer”i ilə oyununu dəyərləndirib. Hacıyev bildirib ki, rəqibin kimliyindən asılı olmayaraq, hər oyunda Azərbaycan çempionundan qələbə gözləyir: “Avrokubokdakı 2 qələbə münasibətilə onları təbrik edirik. Növbəti rəqib də çox güclüdür. Almaniyanın ən adlı-sanlı klubudur. Səmimi desəm, bu oyunda da komandamızdan uğurlu nəticə gözləyirəm. Onlar bir neçə dəfə güclü rəqiblərini hətta böyük hesabla məğlub ediblər”.

Qeyd edək ki, “Bayer” - “Qarabağ” oyunu oktyabrın 26-da “Bay Arena”da keçiriləcək. “Qarabağ” H qrupunda almaniyalılar ilə eyni - 6 xal toplayıb və 2-ci pillədə qərarlaşıb. “Molde” və “Hakken” isə xalsızdır.

Emin Ağa

İdman.biz