“Ulduz” Futbol Akademiyasına seleksiya işlərindən sonra ən istedadlı uşaqlar cəlb olunub. Onların burada həm qalacaq, həm təhsil alacaq, həm də məşq edəcəklər”.
İdman.biz xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov yeni yaradılan “Ulduz” Futbol Akademiyasından danışarkən deyib.
O bildirib ki, yeni idman ocağı gələcəkdə futbolumuza və bölgələrdə bu idman növünün inkişafına böyük təkan verəcək: “İstərdik ki, bu uşaqlar gələcəkdə milli komandalarımızda iştirak etsinlər. Top-klublarda oynasınlar. Əminəm ki, yığmalarımızın gələcəkdə qələbələrində bu uşaqlar iştirak edəcəklər. Mənim kimi jurnalistlərin qarşısına çıxıb müsahibələr verəcəklər. Təbii ki, bu təşəbbüsün əsas məqsədi futbolun inkişafına töhfə verməkdir. Görürsüz ki, bölgələrdə də bizim istedadlı uşaqlarımız var. Bu cür təşəbbüslərin futbolun regionlarda da inkişafına təkan verəcəyinə əminəm”.
Qeyd edək ki, "Ulduz" Futbol Akademiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu ilik mayında yaradılıb. Hazırda Akademiyada 4 yaş qrupu üzrə komandalar fəaliyyət göstərir.
Emin Ağa
İdman.biz