Araş Qaderi: "Berdiyevə inanırdım, bilirdim ki, zəif çempionata gedən deyil"

23 Dekabr 2024 15:43
466
Araş Qaderi: "Berdiyevə inanırdım, bilirdim ki, zəif çempionata gedən deyil"

"Turan Tovuz"un futbolçusu Araş Qaderi Sportal.az saytına açıqlama verib.

İdman.biz xəbər verir ki, müdafiəçi komandasının Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Neftçi" ilə oyunda bir xal qazanmasını (1:1) belə şərh edib:

"Neftçi" ilə matç bir qədər fiziki gücə əsaslanan görüş oldu. İlk hissədə hər iki komanda çalışırdı. Amma birinci hissədə oyunumuz bir o qədər də alınmadı. Amma fasilədən sonra biz daha yaxşı oynadıq. Qol epizodlarımız oldu, amma yararlana bilmədik. Oyuna adaptasiyaya olduqca oyunumuzu yaxşılaşdırırıq. Ola bilər ki, "Neftçi" turnir cədvəlində layiq olduğu yerdə deyil, amma həqiqətən güclü komandadır. İstəməzdik ki, iki xal itirək. Təəssüf, belə oldu".

İranlı futbolçu Azərbaycan Premyer Liqasının səviyyəsi ilə bağlı da danışıb:

"Azərbaycana gələnə qədər əslində Premyer Liqa barədə o qədər də məlumatım yox idi. Amma Kurban Berdiyevi buna qədər tanıyırdım. Onunla birlikdə işləmişdim. Kurban Berdiyevə inanırdım. Bilirdim ki, o, zəif komanda və zəif çempionata gedən deyil. Azərbaycan Premyer Liqası da yaxşı çempionatdır. Səviyyəli oyunçular transfer edilir. Bundan da güclü transferlər olsa, təbii ki, Premyer Liqanın səviyyəsi daha da yüksələcək".

İdman.biz