AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin qonağı olan Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik “Qarabağ” haqqında fikirlərini açıqlayıb.
İdman.biz saytı xəbər verir ki, almaniyalı mütəxəssis Azərbaycan çempionu ilə maraqlandıqlarını bildirib.
Ranqnikin sözlərinə görə, Avstriyada Azərbaycan klubları izlənilir.
O, “Qarabağ”ın Avropa Liqasının qrupdakı rəqibi Leverkuzen “Bayer” ilə oyununa da münasibət bildirib: “Qarabağ"la maraqlanırıq, Avstriyada məlumatımız var. Amma indi başqa oyundayıq. "Bayer" indi yaxşı formadadır, Bundesliqada yaxşı nəticələri var. “Qarabağ” onlardan xal alacaq, ya yox, bunu matç göstərəcək. Avstriyada da Azərbaycan klubları izlənilir, "Qarabağ" da tanınır”.
Qeyd edək ki, Avstriya yığması Bakıda 1:0 hesabı ilə qələbə qazanıb.
İdman.biz