Ralf Ranqnik: “Bakıda məqsədimizə çatdıq”

Xəbərlər
16 Oktyabr 2023 22:32
229
Ralf Ranqnik: “Bakıda məqsədimizə çatdıq”

“Çətin oyun alındı. Azərbaycanın necə bir komanda olduğunu bilirdik. Rəqibi ətraflı təhlil etmişdik və burada istədiyimizə çatdıq”.

İdman.biz saytı xəbər verir ki, bunu AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana 1:0 hesabı ilə qalib gəldikdən sonra Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik deyib.

Bu qələbə rəqibimizi birbaşa Avropa çempionatının finalına yüksəldib. Ranqnik bildirib ki, əsas hədəfləri erkən qol vurmaq olub: "Birinci hissədə çalışdıq ki, erkən qol vuraq, amma istəyimizə çatmadıq. Azərbaycan yaxşı müdafiə olunurdu. Bəzi anlarda səhvlər yol verdik, oyuna tam nəzarət edə bilmədik. Fasilədə dəyişikliklər etdik və bu, nəticə verdi. Oyunçulara dedim ki, toparlanmaq lazımdır və ən azı bir qol vurmaqlıyıq. İkinci hissə başlayan kimi qol vurduq. Amma bu qol bizi rahatlaşdırmalı deyildi. Sonra oyunun gedişində yenə səhvlərə yol verdik. Bakıda məqsədimizə çatdıq”.

İdman.biz