Azərbaycan – Avstriya: -11

Xəbərlər
16 Oktyabr 2023 12:20
219
Azərbaycan – Avstriya: -11

Bu gün AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan Bakıda Avstriyanı qəbul edəcək.

İdman.biz xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyun komandalar arasında 6-cı duel olacaq.

İndiyə qədər keçirilən rəsmi görüşlərdə Azərbaycan qələbə qazanmayıb. 5 matçın 4-də avstriyalılar qalib gəlibsə, 1 görüşdə heç-heçə qeydə alınıb. Seçmə mərhələlər çərçivəsində olan oyunlarda top fərqi də Avstriyanın xeyrinədir - 13:2.

Azərbaycan – Avstriya duelləri
DÇ- 2006: Avstriya - Azərbaycan - 2:0
DÇ-2006: Azərbaycan - Avstriya - 0:0
AVRO- 2012: Avstriya - Azərbaycan -3:0
AVRO- 2012: Azərbaycan - Avstriya - 1:4
AVRO- 2024: Avstriya - Azərbaycan - 4:1

İdman.biz