Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması Moldovada keçirilən beynəlxalq yoldaşlıq turnirində növbəti matçına çıxıb.
İdman.Biz xəbər verir ki, komandamız Kişinyovda Moldova Futbol Federasiyasının Texniki Mərkəzində ev sahibinin U-18 yığması ilə qarşılaşıb. Görüş Moldova seçməsinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəl Moldova U-17 yığmasına 0:2 hesabı ilə uduzub.
Yığmamız növbəti oyununu sentyabrın 11-də Latviya U-17 komandasına qarşı keçirəcək.
