Emin Mahmudov: “Rəqib komanda topla yaxşı oynayır”

Xəbərlər
15 Oktyabr 2023 18:51
255
Emin Mahmudov: “Rəqib komanda topla yaxşı oynayır”

“Güclü rəqib qarşılaşacağıq. Sabah meydana qələbə üçün çıxacağıq”.

İdman.biz saytı xəbər verir ki, bunu Azərbaycan yığmasının kapitanı Emin Mahmudov deyib.

AVRO-2024-ün seçmə mərhələsində Avstriya komandası ilə qarşılaşacaq millinin kapitanı oyunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsinə toxunub: “Avstriya ilə oyun şəhərin mərkəzində keçiriləcək. Bu, qarşılaşmaya daha çox azarkeş gəlməsinə şərait yaradacaq. Rəqib komanda topla yaxşı oynayır. Yaxşı ara ötürmələri edirlər, sürətli əks-hücumlar qururlar. Topu itirməyib, rəqibə boş zona verməli deyilik. Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, yığmamız sabah Avstriya yığması ilə qarşılaşacaq. Oyun 20:00-da başlayacaq.

İdman.biz