Ramilin komandası qələbəni əldən verdi

Xəbərlər
8 Oktyabr 2023 19:23
83
Ramilin komandası qələbəni əldən verdi

Ramil Şeydayevin komandası öz meydanında xal itkisi ilə üzləşib.

İdman.biz saytı xəbər verir ki, “Buriram” “Çonburi” 2:2 hesabı ilə heç-heçə oynayıb.

Meydan sahibləri hesabda iki dəfə önə keçsələr də, qonaqlar bir xal qazanmağı bacarıblar.
“Çonburi” 10 nəfərlə buna nail olub. Start heyətində meydana çıxan Ramil 90-cı dqiqədə əvəzlənib.

Qeyd edək ki, “Buriram” 6 oyundan sonra 14 xalla üçüncü pillədə yer alıb.

İdman.biz